S.M.Salmanovun «Şöhrət» ordeni
ilə təltif edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft və qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Söhrab Məhəmməd oğlu Salmanov "Şöhrət" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2011-ci il
Azərbaycan.-2011.-28 dekabr.-S.3.