Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılsın.

2. Müəyyən edilsin ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

3.1. Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xaricidaxili infrastrukturun (elektrikistilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

3.2. Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsalemal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, habelə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Balaxanı Sənaye Parkının idarə olunması "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

5.1.  üç ay müddətində:

5.1.1. Balaxanı Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Balaxanıneft" Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.1.2. bu sərəncamın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

5.1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə sənaye parkında vergigömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu sərəncamın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versinlər.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2011-ci il

Azərbaycan.-2011.-29 dekabr.-S.4.