Z.Y.Xanlarovanın «Azərbaycan Respublikası Prezidentinin

fəxri diplomu» ilə təltif edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin təbliğində böyük xidmətlərinə görə Zeynəb Yəhya qızı Xanlarova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2011-ci il

Azərbaycan.-2011.-29 dekabr.-S.4.