Y.B.Gelfqata «Əməkdar elm
xadimi» fəxri adının
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında tibb elmi sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Yevgeni Borisoviç Gelfqata "Əməkdar elm xadimi" fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 dekabr 2011-ci il
Azərbaycan.-2011.-29 dekabr.-S.4.