2011-ci il iyulun 27-də Pekin şəhərində imzalanmış «Azərbaycan Respublikası Müdafiə NazirliyiÇin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən Azərbaycana göstərilən təmənnasız hərbi yardımın reallaşdırılması haqqında Sazişlərə Əlavə Protokol»un təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il iyulun 27-də Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikası Müdafiə NazirliyiÇin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən Azərbaycana göstərilən təmənnasız hərbi yardımın reallaşdırılması haqqında Sazişlərə Əlavə Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2011-ci il

Azərbaycan.-2011.-29 dekabr.-S.4.