«Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər

 edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il

30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.  üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və  Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.  üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.  üç ay müddətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində nəzərdə tutulan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair sənədlər barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5.  həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində nəzərdə tutulan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2.  həmin məcəllənin 139-1.1.1-ci maddəsində "icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.3.  həmin məcəllənin 139-1.1.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur;

2.4.  həmin məcəllənin 139-1.1.7-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.5.  həmin məcəllənin 144.2-1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, haqqında məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş və barəsində sərəncam verildikdən sonra üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş texniki göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluqlar aşkar edildikdə təqsirli şəxslərin qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunması barədə müvafiq dövlət orqanlarına müraciət etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2011-ci il

Azərbaycan.-2011.-29 dekabr.-S.4.