Azərbaycan Respublikası və Avstriya Respublikası arasında
2011-ci il oktyabrın 12-də Bakı
şəhərində imzalanmış
sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası və Avstriya Respublikası arasında 2011-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyi arasında innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2011-ci il
Azərbaycan.-2011.-29 dekabr.-S.4.