Azərbaycan Respublikası Hökuməti
ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs
Respublikası və İnquşetiya
Respublikası (Rusiya Federasiyası)
hökumətləri arasında 2011-ci il
oktyabrın 4-də Bakı şəhərində
imzalanmış sazişlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Dağıstan Respublikası, Qaraçay-Çərkəs Respublikası və İnquşetiya Respublikası (Rusiya Federasiyası) hökumətləri arasında 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış aşağıdakı sazişlər təsdiq edilsin:
1.1. Azərbaycan Respublikası Hökuməti və Dağıstan Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq haqqında Saziş;
1.2. Azərbaycan Respublikası Hökuməti və Qaraçay-Çərkəs Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş;
1.3. Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-1.3-cü bəndlərində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2011-ci il
Azərbaycan.-2011.-29 dekabr.-S.5.