2011-ci il oktyabrın
4-də Bakı şəhərində imzalanmış
«Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol
diyarının Nevinnomıssk şəhər (Rusiya
Federasiyası) Administrasiyası arasında əməkdaşlıq
və qardaşlaşma münasibətlərinin
qurulması haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il oktyabrın 4-də Bakı şəhərində imzalanmış "Sumqayıt Şəhər (Azərbaycan Respublikası) İcra Hakimiyyəti və Stavropol diyarının Nevinnomıssk şəhər (Rusiya Federasiyası) Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma münasibətlərinin qurulması haqqında Saziş" təsdiq edilsin.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2011-ci il
Azərbaycan.-2011.-29 dekabr.-S.6.