Azərbaycan Respublikasının Ailə Məcəlləsində
dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
14-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikası Ailə Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə
126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə
66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə
4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, №
7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə
380,
№ 7, maddə 578; 2011, № 7, maddə 620) 10.1-ci maddəsində "kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş" sözləri "18 yaş" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2011-ci il
Azərbaycan.-2011.-29 dekabr.-S.6.