Azərbaycan əhalisinin mütləq əksəriyyəti
Prezident İlham Əliyevi
dəstəkləyir
Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir.
"Rəy" Monitorinq Mərkəzinin dekabrın 16-dan 19-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri belə deməyə əsas verir.
"Rəy" Monitorinq Mərkəzindən AzərTAc-a bildirmişlər ki, sorğuda yaşı 18 və daha çox olan 1500 vətəndaş iştirak etmişdir.
Sorğunun nəticələrindən məlum olmuşdur ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 90 faizə yaxını hazırkı dövlət başçısına səs verərdi. O cümlədən əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1 faizi öz səslərini İlham Əliyevə verməyə hazır olduqlarını bildirmişlər.
Respondentlərin 85,5 faizi Prezident İlham Əliyevin onların maraqlarına tam cavab verdiyini bildirmişlər.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 92,4 faizi İlham Əliyevə etibar edir, 72,2 faizi isə ölkə prezidenti postunda ona alternativ görmür.
Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olaraq 87,5 faiz və 69,5 faiz təşkil edir.
Rəyi
soruşulanların əksəriyyəti (78 faiz) bildirmişdir
ki, qarşıdakı bazar günü prezident seçkiləri
keçirilsəydi, onlar səsvermədə iştirak edərdilər.
Azərbaycan.-2011.-29 dekabr.-S.7.