Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda
çalışan işçilərin
əməkhaqlarının artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın:
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
1.2. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
1.3. Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyası;
1.4. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
1.5. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
1.6. Azərbaycanda Atatürk Mərkəzi;
1.7. Azərbaycan Respublikasının
dövlət arxivləri
və onların filialları, rayon (şəhər)
dövlət arxivləri;
1.8. Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyanın
İşçi Qrupu;
1.9. Əsir və İtkin Düşmüş,
Girov Götürülmüş
Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu;
1.10. Azərbaycan Respublikasının
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının daimi
fəaliyyət göstərən
İşçi Qrupu;
1.11. Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan
filialı;
1.12. Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu;
1.13. Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu;
1.14. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının Katibliyi.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. dövlət orqanlarının tabeliyində
olan dövlət büdcəsindən maliyyələşdirilən
qurumların dövlət
qulluqçusu olmayan işçilərinin (Vahid
Tarif Cədvəli əsasında əməkhaqqı
alan işçilər
istisna olmaqla) vəzifə maaşlarının
orta hesabla 10 faiz artırılmasını
təmin etsin;
2.2. bu sərəncamın
1-ci hissəsində və
2.1-ci bəndində nəzərdə
tutulan qurumlarda çalışan rəhbər
və digər işçilərin vəzifə
maaşlarının yeni
məbləğlərini təsdiq
etsin;
2.3. üç ay müddətində Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu sərəncama uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.4. üç ay müddətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5. bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2011-ci il
Azərbaycan.-2011.-30 dekabr.-S.1.