2011-ci il oktyabrın
20-də Almatı şəhərində imzalanmış «Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi
rasında əməkdaşlıq haqqında Protokol»un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il oktyabrın 20-də Almatı şəhərində imzalanmış "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Protokolun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Qazaxıstan Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2011-ci il
Azərbaycan.-2011.-30 dekabr.-S.3.