2011-ci il oktyabrın
19-da Bakı şəhərində imzalanmış «Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi və Ekvador
Respublikasının Xarici İşlər,
Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol»un
təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ekvador Respublikasının Xarici İşlər, Ticarət və İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Protokolun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Ekvador Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2011-ci il
Azərbaycan.-2011.-30 dekabr.-S.3.