Azərbaycan Respublikası Dövlət Neft
Fondunun 2012-ci il
büdcəsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və
Fondun valyuta vəsaitinin səmərəli idarə
edilməsini təmin etmək məqsədi ilə qərara
alıram:1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
2012-ci il büdcəsinin gəlirləri
10 697 030,6 min manat,
xərcləri 10 561 304,0 min manat məbləğində təsdiq edilsin. 2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2012-ci il büdcəsinin gəlirləri
aşağıdakı daxilolmalar hesabına formalaşır:
¹ |
Gəlir
mənbələri |
Gəlirlərin
məbləği (min manat) |
2.1. |
Azərbaycan Respublikasının
payına düşən karbohidrogenlərin satışından
əldə edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə
məsrəflər, bank, gömrük
rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq
və sığorta xərcləri çıxılmaq
şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı
və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına
düşən gəlirlər istisna olmaqla) |
10 365 432,0 |
2.2. |
Karbohidrogen
ehtiyatlarının işlənməsi ilə əlaqədar
sərmayəçilər tərəfindən
müqavilə sahəsindən istifadə üçün
ödənilən akrhesabı ödənişlər |
3 342,8 |
2.3. |
Neftin
və qazın Azərbaycan Respublikasının ərazisi
ilə ötürülməsindən əldə edilən
gəlirlər |
8 137,0 |
2.4. |
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun aktivlərinin
yerləşdirilməsindən və idarə olunmasından
əldə edilən gəlirlər |
319
218,8 |
2.5. |
Qanunvericiliyə
uyğun olaraq
digər gəlirlər və daxilolmalar |
900,0 |
|
Cəmi |
10 697 030,6 |
3.
Müəyyən edilsin ki,
Azərbaycan Respublikası Dövlət Neft
Fondunun 2012-ci il
büdcəsinin xərcləri aşağıdakı
məqsədlərə yönəldilir:
¹ |
Xərc
maddələri |
Xərclərin
məbləği (min manat) |
3.1. |
Qaçqınların
və məcburi köçkünlərin
sosial-məişət və məskunlaşma
məsələləri ilə bağlı bəzi
tədbirlərin maliyyələşdirilməsi |
110 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2012-ci il
dövlət büdcəsinə
transfert |
9 905
000,0 |
3.3. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin
maliyyələşdirilməsi |
200 000,0 |
3.4. |
Bakı-Tbilisi-Qars
yeni dəmir yolu
layihəsinin maliyyələşdirilməsi |
252 484,0 |
3.5. |
2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi |
20 000,0 |
3.6. |
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə
bağlı xərclər |
73 820,0 |
|
Cəmi |
10 561 304,0 |
4. “2012-ci
ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin
istifadə edilməsinin əsas istiqamətləri
(proqramı)” təsdiq edilsin (əlavə
olunur).5. “Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
2012-ci ildə idarə edilməsi ilə bağlı
xərclər smetası” təsdiq edilsin
(əlavə olunur).6. Azərbaycan
Respublikasının Dövlət Neft Fondu bu fərmandan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2011-ci il
Azərbaycan.-2011.-30
dekabr.-S.3.