2012-ci ildə Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
vəsaitinin istifadə edilməsinin
əsas istiqamətləri (proqramı)
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.0. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Neft Fondu) vəsaitinin xərc istiqamətləri aşağıdakılardır:
1.0.1. qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.0.2. Azərbaycan Respublikasının
2012-ci il dövlət
büdcəsinə transfert ;
1.0.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.0.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.0.5.
2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramının maliyyələşdirilməsi.
2. Neft Fondunun investisiya
siyasəti
2.1. Neft Fondunun investisiya
siyasətinin məqsədi
Neft Fondu
2012-ci ildə əsas
kapitalın itirilməsi
riskinin aşağı
olması şərti
ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir.
2.2. Neft Fondunun investisiya
portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2012-ci il üzrə
Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu
dəyəri (orta çəkili həcmi) 23
milyard manata bərabər götürülür.
İnvestisiya portfelinin məcmu
dəyəri Neft Fondunun büdcəsində
təsdiq edilmiş xərclərin aparılması
üçün konvertasiya
edilərək manat hesablarına köçürülmüş
vəsait çıxıldıqdan
sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında
müəyyən edilir.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
1. Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən
edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi
ABŞ dollarında, 40 faizi
AVRO-da və 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
2. Neft Fondunun investisiya
portfelinin məcmu dəyərinin qalan 5 faizi Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydalar"ın
2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş
valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin alt portfelləri
2.2.3.0. Neft Fondunun investisiya
portfeli aşağıdakı
alt portfellərdən (bundan
sonra "portfel") ibarətdir:
1. borc öhdəlikləri
və pul bazarları alətləri
portfeli - investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi;
2. səhm portfeli
- investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;
3. daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;
4. qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
1. Neft Fondunun borc öhdəlikləri və pul bazarları
alətləri portfelinin
idarə edilməsinin
hədəf gəlirliliyi
(bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən
müvafiq valyuta (AVRO istisna olmaqla) üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.
2. Neft Fondunun borc öhdəlikləri və pul bazarları
alətləri portfelinin
AVRO-da ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi
(bençmark) kimi 3 (üç) aylıq
EURİBOR faiz dərəcəsi
götürülür.
3.
LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə
edilir.
4. Səhm portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
World İndex-i götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski Neft Fondunun
borc öhdəlikləri
portfelinin faktiki ortaçəkili investisiya
müddəti (durasiyası)
dünya bazarlarındakı
cari vəziyyətdən
asılı olaraq Fond
tərəfindən müəyyən
edilir və 48 ayı üstələməməlidir.
2.3.2. Kredit riski Neft
Fondunun valyuta vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar"a uyğun olmalıdır. Bir maliyyə qurumunun
(depozitar banklar istisna olmaqla) və ya bir
investisiya aktivinin investisiya portfelindəki maksimum xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən
edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri
üzrə planlaşdırılan
pul və digər köçürmələrinin
tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə olmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi yüksək
likvidliyə malik qısa müddətli pul bazarları alətlərində saxlanmalıdır.
Bu vəsaitin göstərilən
məbləğdən az olması halı 7 iş günündən çox
davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Xarici menecerlərə idarəetməyə verilən
vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən,
bir xarici menecerə idarəetməyə
verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun
RAMP proqramı çərçivəsində
Dünya Bankının
xəzinədarlığına idarəetməyə verilən
vəsaitinin həcmi
500 milyon ABŞ dollarından
artıq olmamalıdır.
2.
Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən
xarici menecerlərin səlahiyyətləri və idarəetməyə
verilmə müddəti Neft Fondu ilə bu menecerlər
arasında bağlanan sazişdə əks etdirilməlidir.
Azərbaycan.-2011.-30 dekabr.-S.4.