«Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında»
Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndinə uyğun
olaraq qərara alır:
"Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 520; 2004, ¹ 5, maddə 314;
2005, ¹ 2, maddə 62; 2006, ¹ 6, maddə 486, ¹ 8, maddə 657, ¹ 11,
maddə 923; 2007, ¹ 11, maddə 1082; 2008, ¹ 5, maddə 348, ¹ 6,
maddə 462, ¹ 11, maddə 958, ¹ 12, maddə 1048) 7.2-ci maddəsində
"Ümumi istifadədə olan" sözlərindən
sonra "küçələrin, meydanların, yerli əhəmiyyətli
və təsərrüfatdaxili yolların, parkların, meşə
parkların, bulvarların, çimərliklərin, sahillərin,
keçidlərin, sututarların, stadionların və idman
meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu
meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı
obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə
olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi
torpaqlar, əhalinin mal-qarası üçün istifadə
olunan örüş sahələrinin torpaqları"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 oktyabr 2011-ci il
Azərbaycan.-2011.-30 dekabr.-S.4.