Azərbaycan Prezidenti İlham Əliyev Bakının Bülbül
prospektindəki parkın əsaslı
yenidənqurma işlərindən
sonrakı vəziyyəti
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Bakının Bülbül prospektindəki parkın əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Görülən işlər barədə dövlət başçısına məlumat verildi. Bildirildi ki, parkın ərazisindəki asfalt örtüklü hissəyə yüksək keyfiyyətli mərmər üzlüklər döşənmiş, ərazidə həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir. Parkın mərkəzində yeni fəvvarə quraşdırılmışdır. Müasir üslubu ilə diqqəti cəlb edən bu fəvvarə parka xüsusi yaraşıq verir. Buradakı işıqlandırma sistemi yeniləri ilə əvəz olunmuşdur. Paytaxtın gözəl guşəsində yerləşən bu parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Parkın
əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti
ilə yaxından tanış olan Prezident İlham Əliyev
müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2011.-30 dekabr.-S.3.