Azərbaycan Prezidenti İlham Əliyev Seynt-Vinsent

 və Qrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Seynt-VinsentQrenadinin Baş naziri Ralf Qonzalvesi qəbul etmişdir.

Baş nazir Ralf Qonzalves Prezident İlham Əliyevə anadan olmasının 50 illiyi  və ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdırdı. Bakıda gedən sürətli inkişaf prosesinin şahidi olduğunu deyən qonaq ölkəsinin Azərbaycan ilə əlaqələri təhsil, turizm, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.

Dövlət başçısı Seynt-VinsentQrenadinin Baş naziri Ralf Qonzalvesin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.

 

 

AzərTAc

Azərbaycan.-2011.-30 dekabr.-S.3.