Azərbaycan ilə ABŞ arasında
kütləvi qırğın silahlarının
yayılmasının
qarşısının
alınması və müdafiə sahəsində tədbirlər
haqqında Sazişə
dəyişikliklər edilməsi barədə
Protokol imzalanmışdır
Dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə tərəflər arasında "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş"ə dəyişikliklər edilməsi barədə Protokol imzalanmışdır.
X.Xələfov
ABŞ diplomatına gələcək fəaliyyətində
uğurlar arzulamışdır.
Azərbaycan.-2011.-30 dekabr.-S.5.