ATİB Fransa parlamentində qondarma erməni soyqırımının

 inkarını cinayət hesab edən qanun layihəsinin

qəbuluna etiraz edir

 

 Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 22 dekabr 2011-ci il tarixində Fransa parlamenti tərəfindən qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini böyük hiddətlə qarşılamışdır.

ATİB Fransanın Türkiyə və Azərbaycanla siyasiiqtisadi  münasibətlərinə xələl gətirəcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara mənfi təsir göstərəcəyinə şübhə doğurmayan bu qərarın qəbulunda Fransa Prezidenti Nikola Sarkozinin parlamentə təzyiqini və canfəşanlıqla iştirakını böyük təəssüf hissi ilə izləmişdir.

Birlik hesab edir ki, hətta Fransanın da milliregional maraqlarına zidd olan bu addım bəzi siyasi dairələrin qısa müddətdə siyasi dividend qazanmaq cəhdlərinin nəticəsidir. Eyni zamanda, Türkiyənin və Azərbaycanın yürütdüyü proaktiv xarici siyasətin də bəzi siyasibiznes dairələrini təşvişə saldığı məlumdur. Sənədin ehtiva etdiyi məsələlər demokratik Fransa cəmiyyətində və ümumilikdə Avropa hüquq məkanında fikirsöz azadlığı kimi fundamental prinsiplərlə də ziddiyyət təşkil edir.

ATİB hesab edir ki, son qərarla Fransanın hazırkı siyasi rejiminin ermənilərin mövqeyinin aktiv müdafiəçisi olduğu bir daha aydın olmuşdur. Bitərəfliyini itirən bir ölkənin isə ən azı həmin bitərəfliyi təmin edənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsi bundan sonra mümkünsüzdür. Qanun layihəsinin müzakirələri zamanı sənədin qəbul olunmasına qarşı çıxan fransalı deputatların, adamlarının, hüquqşünasların və tarixçi alimlərin qanunverici orqanı tarixi məsələlərə bu şəkildə ciddi müdaxilə etməməyə səsləmələrini, Fransanın öz keçmişinin bir parçası olan istismarçı kolonializmin xüsusilə Afrikada və Ərəb ölkələrindəki fəsadlarını xatırlatmaları, Türkiyə ilə münasibətlərin korlanmasının risklərini qeyd etmələrini məmnunluqla qarşılayır və həqiqətləri söylədikləri üçün həmin şəxslərə təşəkkür edir.

Ümid edirik ki, Fransa vətəndaşları növbəti seçkilər zamanı bu qanun layihəsi ilə ucuz siyasi oyun oynayaraq səs qazanmağa çalışanların layiqli cavabını verəcək və onlara Fransa Respublikasının dəyərlərini xatırladacaq, şəxsi mənafelərini ölkə mənafelərindən üstün tutanları cəzalandıracaqdır.

ATİB Fransa parlamentinin son qərarını kəskin şəkildə pisləyir və sənədin yekun imzalanma mərhələsinə qədər olan müddətdən bu ölkənin səmərəli istifadə edərək münasibətlərinin pozulmaması naminə geri addım atacağına ümid edir. Eyni zamanda, Fransada yaşayan və ümumilikdə sayca heç də erməni diasporundan az olmayan türk və azərbaycanlı icmasına, dərnəklərə də səslənərək onları ölkələrimizlə bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılmasında daha aktiv olmağa çağırır, bu prosesdə əməkdaşlığa hazır olduğumuzu bildiririk. 

 

Azərbaycan.-2011.-30 dekabr.-S.11.