Qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi

 Fransa Senatının gündəliyinə daxil edilməmişdir

 

 Qondarma erməni soyqırımını inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənmək üçün Fransa Senatının gündəliyinə daxil edilməmişdir.

Bu barədə "Le Figaro" qəzetinə Xalq Hərəkatı Uğrunda İttifaqdan senator Roye Karuçi bildirmişdir.

Senator demişdir: "Məndə olan proqrama əsasən deyə bilərəm ki, adıçəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməmişdir. Əgər qanun layihəsi yanvarın sonunadək Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaqdır. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaqdır".

 

 

AzərTAc

Azərbaycan.-2011.-30 dekabr.-S.11.