“Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində
və ikinci cümləsində (birinci halda) nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
3.2.
həmin Qanunun 27-ci maddəsinin XIII-I hissəsinin ikinci
cümləsində (ikinci halda) və üçüncü
cümləsində, 28-ci maddəsinin IV hissəsinin ikinci
cümləsində, 29-cu maddəsinin II-I hissəsinin birinci
cümləsində, III hissəsinin üçüncü
cümləsində, IV hissəsinin birinci cümləsində,
V hissəsinin birinci cümləsində, 33-cü maddəsinin
III hissəsində (ikinci halda), 35-ci maddəsinin III hissəsinin
birinci cümləsində və IV hissəsinin 3-cü bəndində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirir;
3.3.
33-cü maddəsinin III hissəsində (birinci halda) nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 dekabr
2011-ci il.
Azərbaycan.- 2011.- 31 dekabr.- S. 2.