2011-ci il oktyabrın 20-də Batumi şəhərində imzalanmış «Azərbaycan espublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi rasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq dilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il oktyabrın 20-də Batumi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S. 2.