Kuba Respublikası Dövlət
Şurasının və Nazirlər Şurasının Sədri
zati-aliləri cənab Raul Kastro
Rusa
Hörmətli cənab Sədr!
Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün Kuba xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kuba münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2011-ci il
Azərbaycan.- 2011.-31 dekabr.- S. 1.