Müdafiə naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşmüşdür

 

 Dekabrın 30-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzə ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ABŞ ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regionda hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Nazir Səfər Əbiyev Mətyu Brayzənin fəaliyyətini yüksək qiymətləndirmiş və bundan sonrakı işlərində ona uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S.  4.