Milli Assambleyada qəbul edilən qanunun yaxın vaxtlarda müzakirəsi Senatın gündəliyinə salınmamışdır

 

 Dekabrın 22-də Fransanın Milli Assambleyada qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza verilməsi ilə bağlı qanunun qəbul edilməsini az qala özlərinin tarixi qələbəsi kimi qələmə verməyə səy göstərən ermənilər həmin qanunun yanvarın 5-də Senatda müzakirə olunacağı haqda növbəti səs-küy qaldırmışlar. Amma Senatın İctimaiyyətlə əlaqə komissiyasının sədri, senator Roje Karuçinin qanunla bağlı bəyanatı ermənilərin və onların ermənipərəst fransız "dost"larını məyus etmişdir.

Ölkənin aparıcı Xalq Hərəkatı Birliyi  Partiyasından Senata seçilən senator Roje Karuçi öz bəyanatında bildirmişdir ki, Senatın  fevral ayının əvvəllərində keçirilməsi nəzərdə tutulmuş yığıncağının gündəliyi artıq hazırdır. Milli Assambleyanın qəbul etdiyi məlum qanunun   müzakirəsinə dair orada hər hansı bir qeyd yoxdur.

Fransanın Ot-de-Sen departamentindən senator seçilən R.Karuçi demişdir ki, Türkiyəyə qarşı bu ədalətsiz qanun əgər yanvarın əvvəlində gündəliyə salınsaydı, onun müzakirəsi fevral ayında Senatda baş tuta bilərdi. Lakin hələlik Senatın yaxın müddət üçün gündəliyində bədnam qanunla bağlı məsələ yoxdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 31 dekabr.- S.  4.