Azərbaycan ilə
NATO arasında FTƏP-in 3-cü mərhələsi
razılaşdırılmışdır
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 3-cü mərhələsi Azərbaycan Respublikası ilə NATO arasında razılaşdırılmışdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 19-da razılaşdırılmış sənədin 3-cü mərhələsi 2012-2013-cü illəri əhatə edir.
Sənəd siyasi və təhlükəsizlik, müdafiə və hərbi, ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, məlumatların təhlükəsizliyi, elm və ətraf mühit, inzibati, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir.
Azərbaycanın
NATO ilə FTƏP-in birinci fazası 2005-ci ildə təsdiq
olunmuşdur. Həmin dövrdən bəri FTƏP iki fazada
uğurla yerinə yetirilmişdir. Bu məqam ən müxtəlif
səviyyələrdə NATO rəsmiləri tərəfindən
yüksək qiymətləndirilmişdir.
Azərbaycan.- 2011.- 31 dekabr.- S. 5.