İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi "ECO Tourist Guide-Book" kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdir

 

İqtisadi Əməkdaşlıq Təşkilatının nəşr etdirdiyi 545 səhifəlik "ECO Tourist Guide-Book" ("İƏT-in turist bələdçi-kitabı") kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilmişdir.

"Republic of AZERBAIJAN Introduction" sərlövhəsi ilə başlanan bölmədə ümummilli lider Heydər Əliyevin məzarının fotosu, Azərbaycanın xəritəsi, üçrəngli bayrağımız və gerbimizin əksi yerləşdirilmiş, ölkəmizin qədim tarixini, milli mədəniyyət nümunələrini, tarixi abidələrini, müasir sosial-iqtisadi inkişafını, füsunkar təbiətinin göz oxşayan mənzərələrini əks etdirən şəkillər və onlar barədə ətraflı məlumat verilmişdir. Bölmənin sonunda turistlər üçün nəzərdə tutulmuş sorğu və Azərbaycan-ingilis dillərində qısa danışıq lüğəti əksini tapmışdır.

Bir sözlə, bu kitabda ölkəmizə aid bölmədəki materiallar Azərbaycanın qədim və müasir tarixi, turizm imkanları, sosial-iqtisadi inkişafı barədə qiymətli mənbədir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan Azərbaycan bölməsinin materialları ölkəmizin İrandakı səfirliyinin nəzarəti ilə işlənilmişdir.

 

 

Azərbaycan.- 2011.-2 fevral.- S. 4.