Azərbaycan regionun əsas güc mərkəzinə çevrilib

 

Ötən yeddi ildə bütün sahələr üzrə əldə edilmiş yüksək nəticələr nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir edilir

 

İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Azərbaycanın son illərdəki büdcəsinə nəzər saldıqda həyata keçirilən iqtisadi strategiyanın milli maraq mənafe baxımından səmərəliliyi bir daha təsdiqini tapır. Azərbaycanda ötən yeddi ildə ictimai-siyasi sabitliyin, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmışdır.

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət Proqramında, həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlət Proqramına əsasən, qarşıdakı müddətdə ölkənin təbii əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmini, infrastrukturun yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, özəl sektorun inkişafının daha da sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması digər mühüm tədbirlər nəzərdə tutulur. Birinci Dövlət Proqramında olduğu kimi, ikinci Dövlət Proqramında da qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılması ölkəmizin davamlı inkişafını təmin etmişdir. Prezident İlham Əliyev Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OESD) birgə nahar mərasmində bildirmişdi: "İqtisadi artımımız çox sürətli olubdur. Son yeddi il ərzində ÜDM 2,8 dəfə artıb. Bu, təqribən 300 faiz təşkil edir. 2009-cu ildə böhranın baş verdiyi neftin qiymətlərinin 4 dəfə aşağı düşdüyü halda iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artmışdır. Hazırda artım əvvəlki illərdəki kimi o qədər böyük deyil, lakin davamlıdır. ÜDM-in strukturu çoxşaxəlidir daha cəlbedicidir.

Söyləyə biləcəyimiz nailiyyətlərimizdən biri yoxsulluğun azaldılmasıdır. Bu, birbaşa iqtisadi islahatlarımızla bağlı idi. Çünki enerji sektoru çox sayda yeri yaratmır. Buna görə vəsaitlərin neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatımızı müəyyən dərəcədə şaxələndirməyə imkan yaratdı yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilməsini mümkün etdi. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaqdır".

İqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın təsirlərinin zəiflədilməsi hökumətin ötənilki fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu məqsədlə inflyasiyanın aşağı səviyyədə saxlanması, manatın məzənnəsində, bank-maliyyə sektorunda sabitliyin qorunması, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi üçün sistemli tədbirlər həyata keçirilmişdir. Bir çox dövlətlərdə böhran ilk növbədə, maliyyə-bank sektoruna dəysə , respublikamızda arzuolunmaz hallara rast gəlinməmiş, bankların öz öhdəliklərini normal şəkildə yerinə yetirməsində, kreditləşmə siyasətinin həyata keçirilməsində hansısa ciddi problem yaranmamışdır.

Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatını sadəcə, neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir bu baxımdan 2010-cu ilin yekunlarını da müsbət qiymətləndirmək olar. Ötən ilin pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsaslığını tam sübuta yetirmişdir. Son dərəcə ağır sınaqdan üzüağ çıxan respublika iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əhəmiyyətli paya malik olduğu da bir daha təsdiqlənmişdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş onun real artım tempi ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil etmişdir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm daxili investisiyaların həcminin artımında özünü göstərir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır".

İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə yüksək templə artması da cənab İlham Əliyevin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat təşkil etmişdir. 2011-ci ildə bu məqsədlə 3 milyard 380 milyon manatın ayrılması da dövlət büdcəsinin investisiya yönümlü olduğunu göstərir.

Azərbaycan Prezidentinin indiyə qədər imzaladığı strateji əhəmiyyətli bir sıra dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, paytaxtın rayonların elektrik enerjisi, işıq qazla təchizatının yaxşılaşdırılması həm yeni istehsal müəssisələrinin yaradılması normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, xüsusən yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrikə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, habelə əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

Ötən müddət ərzində regionlarda infrastrukturun bərpası inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsi, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsi, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi digər konseptual əhəmiyyətli tədbirlərin uğurla həyata keçirilməsi davamlı inkişafımızı şərtləndirmişdir.

 

E.HACIALIYEV,

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 1.