"Xocalı
soyqırımının on
doqquzuncu ildönümünün
keçirilməsinə dair
tədbirlər planı"
təsdiq edilmişdir
Azərbaycan Respublikası
Prezidenti Administrasiyası
rəhbərinin sərəncamı
ilə "Xocalı soyqırımının on
doqquzuncu ildönümünün
keçirilməsinə dair
tədbirlər planı"
təsdiq edilmişdir.
Tədbirlər planında Xətai
rayonunda, Naftalan şəhərində Xocalı
soyqırımı qurbanlarının
xatirəsinə ucaldılmış
abidələrin önünə
əklil qoyulması, Xocalıdan olan məcburi köçkünlərin
dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara
müraciətinin yayılması,
Azərbaycan Respublikasının xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində
və diaspor təşkilatlarında bu
dəhşətli hadisə
ilə bağlı mətbuat konfranslarının,
anma mərasimlərinin
və s. keçirilməsi, xarici
KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr
olunmuş materialların
hazırlanması
və yayılması
nəzərdə tutulmuşdur.
Sənədə əsasən, idarə
və təşkilatlarda,
teatr-konsert müəssisələrində,
sərgi salonlarında,
ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm
sərgiləri, şahidlərlə
görüşlər və
s. keçiriləcək,
milli azadlıq uğrunda mübarizəyə
həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir.
Rəsmi dövlət strukturları
rəhbərlərinin, Milli
Məclisin deputatlarının
və ziyalıların
iştirakı ilə
xocalılıların müvəqqəti
məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki,
Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə
yardım göstəriləcəkdir.
İldönümü ərəfəsində internet şəbəkəsinə
Xocalı soyqırımını
əks etdirən məlumatlar daxil ediləcək və müntəzəm yeniləşdiriləcək,
ölkə televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə
bağlı materiallar
veriləcəkdir.
Fevralın 25-də təhsil
müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-3 fevral.- S. 1.