Türkiyənin Mərsin
vilayətindəki bir körpüyə ümummilli lider
Heydər Əliyevin adının verilməsi qərara
alınmışdır
Türkiyənin
Mərsin vilayətinin Tarsus bələdiyyəsi
ərazisindəki körpüyə ümummilli lider Heydər
Əliyevin adının verilməsi qərara
alınmışdır.
AzərTAc
Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər
verir ki, bu barədə qərar Tarsus bələdiyyəsinin
fevralın 1-də keçirilən
yığıncağında qəbul edilmişdir.
Bələdiyyə
sədri Burhanettin Kocamaz ərazidə inşa edilən
körpüyə türk dünyasının dahi lideri, ulu
öndər Heydər Əliyevin adının verilməsinin
bələdiyyənin iclasında səsçoxluğu ilə
qəbul edildiyini demişdir.
Azərbaycan.- 2011.-3 fevral.- S. 1.