Mərkəzi Seçki Komissiyasının iclası
olmuşdur
Fevralın 2-də Məzahir
Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası
keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki,
M.Pənahov gündəlikdə
duran məsələlərlə
bağlı komissiya üzvlərinə məlumat
vermişdir.
İlk növbədə əvvəlki iclasların
bəzilərinin protokolları
təsdiq olunmuşdur.
Sonra komissiya üzvləri MSK-nın 70
saylı Masallı şəhər və 86 saylı İsmayıllı
seçki dairələri
dairə seçki komissiyalarının tərkibində
dəyişiklik etmək
barədə qərar
qəbul etmişlər.
Komissiyanın iclasında cari məsələlərə
də baxılmışdır.
Bu haqda məlumat verən sədr hazırda MSK-nın əsas işinin seçici siyahılarının dəqiqləşdirilməsindən
ibarət olduğunu bildirmişdir. M.Pənahov
komissiya üzvlərini
komissiyanın fəaliyyətinin
perspektivləri barədə
məlumatlandırmışdır.
İclasda kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan.- 2011.-3 fevral.- S. 1