Konstitusiya Məhkəməsi
Palatasının növbəti iclası olmuşdur
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilmişdir. Konstitusiya
Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclasda Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə
və "Konstitusiya Məhkəməsi haqqında"
Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə
əsasən, Ağaməmməd Əli oğlu
Əmiraslanovun şikayətinə baxılaraq icraata qəbul
edilməsi haqqında qərardad
çıxarmışdır.
Şikayətə
mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun
fevralın 22-nə təyin edilmiş iclasında
baxılacaqdır.
Azərbaycan.- 2011.- 3 fevral.- S. 4.