II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri çərçivəsində müxtəlif mövzularda məruzələr oxunmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçirilən II Azərbaycan-Almaniya Cərrahiyyə Günləri davam edir. Tədbirin üçüncü günü Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasının direktoru Stefan Post "Müasir cərrahiyyədə yeni prinsiplər" mövzusunda məruzə oxumuşdur.

Eyni zamanda, tədbir çərçivəsində tibb bacıları üçün təşkil olunmuş treninqdə "Müasir cərrahiyyədə tibb bacısı işinin əsas aspektləri" mövzusu müzakirə edilmişdir.

Qeyd edək ki, alman yerli mütəxəssislərin iştirakı ilə gün ərzində müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələrin konsultasiyası reallaşdırılacaqdır.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 4.