Ombudsman AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex Pedro Aqramunt ilə görüşmüşdür.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, həmməruzəçilərə ombudsmanın insan hüquqlarının müdafiəsi təmin olunması üzrə fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir.

E.Süleymanova qeyd etmişdir ki, Avropa Şurasının (AŞ) bərabərhüquqlu üzvü olan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən Azərbaycan, insan hüquqlarının təmini sahəsində üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməkdədir. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulunun ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılmasınınqarşısında götürülmüş mühüm öhdəliklərdən olduğu vurğulanmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 4.