İordaniya Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə dair
Azərbaycanın haqlı
mövqeyini daim dəstəkləyir
Azərbaycan Respublikasının
İordaniya Haşimilər
Krallığındakı səfiri
Elman Araslı bu ölkə parlamentinin yuxarı palatasının - Senatın
sədri Tahir Masri ilə görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər
ki, görüşdə
Azərbaycan-İordaniya parlamentlərarası
əməkdaşlığının inkişaf etdirilməsi, bu qurumların sədrlərinin qarşılıqlı
səfərlərinin təşkili,
o cümlədən parlamentlərarası dostluq
qrupunun yaradılması
məsələləri müzakirə
olunmuşdur.
T.Masri 2008-ci ildə Senatın sədrinin birinci müavini olarkən Azərbaycan Respublikası parlamentinin
90 illiyi münasibətilə
keçirilmiş təntənəli
mərasimə qatılmış
İordaniya Parlamentinin
nümayəndə heyətinə
başçılıq etdiyini
yada salmışdır.
O, Azərbaycana səfəri
çərçivəsində Prezident İlham Əliyev tərəfindən
qəbul olunduğunu,
həmçinin Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşünü
xoş təəssüratlarla
xatırladığını demişdir.
İordaniya Senatının
sədri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə dair
ölkəsinin Azərbaycanın
haqlı mövqeyini daim dəstəklədiyini
və bundan sonra da birmənalı
olaraq dəstəkləyəcəyini
vurğulamışdır.
Görüşdə həmçinin
Tunis və Misirdə cərəyan edən hadisələr, İordaniyada hazırkı
siyasi və ictimai vəziyyət haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-3 fevral.- S. 4.