Bakıda Azərbaycan-Yunanıstan
hökumətlərarası komissiyasının üçüncü
iclası keçirilmişdir
AzərTAc xəbər verir ki, fevralın
2-də Bakıda Azərbaycan
Respublikası ilə Yunanıstan Respublikası
arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyasının üçüncü
iclası keçirilmişdir.
Tədbir iştirakçıları
əvvəlcə Fəxri
xiyabana gələrək
müasir Azərbaycan
dövlətinin memarı
və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
çələng və
gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının xatirəsini
anmış, məzarları
üzərinə qərənfillər
düzmüşlər.
Tədbirdə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının
həmsədri, sənaye
və energetika naziri Natiq Əliyev
bildirmişdir ki, əsası 1994-cü ildə
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
birgə əməkdaşlıq
komissiyası ölkələrimiz
arasında əlaqələrin
daha da inkişaf
etdirilməsində mühüm rol oynamışdır.
Birgə komissiyanın
2007-ci ildə Afinada keçirilmiş 2-ci iclasından
sonra ölkələrimiz
arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə əməkdaşlıq
çox yüksək
səviyyəyə qalxmışdır.
Son zamanlar Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin
160 milyon dollar artdığını vurğulayan
N.Əliyev bu məbləğin 140 milyon
dollardan artığının
ölkəmizdən ixracın
payına düşdüyünü
bildirmişdir.
Birgə komissiyanın Yunanıstan tərəfdən
həmsədri, xarici işlər nazirinin müavini Spiros Kuvelis ölkələrimiz
arasında əməkdaşlığın
inkişaf etdirilməsi
üçün böyük
potensialın olduğunu
söyləmişdir. O, ölkəsinin
enerji, səhiyyə, kənd təsərrüfatı,
nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıqda
maraqlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan təbii qazının Avropaya nəqli ilə bağlı Türkiyə-Yunanıstan-İtaliya
(İTGİ) və Yunanıstan-Bolqarıstan
qaz kəmərlərinin
tikintisi çox mühüm əhəmiyyət
kəsb edir. Bu kəmərlərin inşası
Türkiyənin coğrafi
davamı olan Yunanıstana etibarlı dəhliz rolu oynamağa imkan verəcəkdir. İkitərəfli
ticarət dövriyyəsinin
artırılması üçün
də xeyli imkanların mövcudluğu
diqqətə çatdırılmışdır.
Sonda iki ölkə
arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyasının protokolu
imzalanmışdır.
Azərbaycan.- 2011.-3 fevral.- S. 5.