Vladimir Xarçenko: "Azərbaycan Milli Aviasiya Akademiyası regionun aparıcı təhsil ocağıdır"

 

Ukrayna Milli Aviasiya Universitetinin prorektoru professor Vladimir Xarçenko fevralın 2-də Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) olmuşdur.

AzərTAc xəbər verir ki, AMAA-nın dünya standartlarına tamamilə cavab verən müasir təlim-tədris korpusları, tədris prosesi ilə yaxından tanış olan qonaq akademiyada gördüklərinin onu valeh etdiyini demişdir. Azərbaycan ilə Ukrayna arasında aviasiya sahəsində əməkdaşlıq münasibətlərinə toxunan qonaq bildirmişdir ki, 2008-ci ilin sentyabrında Kiyev şəhərində imzalanmış əməkdaşlıq haqqında müqavilə bu münasibətlərin daha da genişləndirilməsinə şərait yaratmışdır.

İlk dəfə iki il bundan əvvəl Azərbaycan Milli Aviasiya Akademiyasında olduğunu deyən ukraynalı alim bu müddətdə AMAA-da elm təhsil, xüsusən informasiyalaşdırma sahəsində potensialın yüksələn xətt üzrə inkişafını müşahidə etdiyini diqqətə çatdırmışdır. Vladimir Xarçenko akademiyada tələbələrin biliyinin testlə qiymətləndirilməsinin bir mərkəzdə aparılması təcrübəsinin onda xüsusilə böyük maraq doğurduğunu demişdir. Bildirmişdir ki, bu üsulun tətbiqi imtahanlarda subyektivlik amilinin aradan qalxmasına, eyni zamanda, müəllimlərin testləri hansı səviyyədə hazırlamalarının aşkara çıxarılmasına şərait yaradır.

Qonağa məlumat verilmişdir ki, akademiyada tətbiq olunan yeniliklərdən biri burada dörd müxtəlif trenajorların quraşdırılmasıdır. Onlardan ikisi "Boeing" "İl-86" təyyarələri üçün nəzərdə tutulmuşdur. Trenajorlardan üçü yalnız inkişaf etmiş Qərb ölkələrində istifadə edilən, müasir sistemə malik qurğulardır ki, onların vasitəsilə təyyarənin enişi uçuşu prosesini məşq etmək mümkündür. Bu cür texnikadan yalnız mütəxəssislər istifadə edə bilərlər.

Vurğulanmışdır ki, akademiyanın məzunları çox erudisiyalı, kompüter texnologiyasını ingilis dilini mükəmməl bilən, peşəkarlığı ilə seçilən kadrlardır. Bu, pilotlar digər ixtisas sahibləri üçün vacib şərtlərdən biridir.

AMAA-nın müasir korpusları burada tədrisin təşkili prosesi ilə yaxından tanış olan qonaq əminliklə bildirmişdir ki, bütün bunlar akademiyanın regionun aparıcı təhsil ocağı olduğunu deməyə tam əsas verir. Ukraynalı alim əlavə etmişdir ki, şübhəsiz, Azərbaycan Milli Aviasiya Akademiyasının bugünkü inkişaf səviyyəsinə çatmasında bu ali təhsil ocağının rektoru akademik Arif Paşayevin böyük xidmətləri xüsusi qeyd edilməlidir. Vladimir Xarçenko akademiyanın gələcəyinin daha da parlaq olacağına inandığını demişdir.

Ukraynalı qonaq diqqətə çarpdırmışdır ki, indiki məqamda Azərbaycan Milli Aviasiya Akademiyası ilə Ukraynanın Milli Aviasiya Universitetinin kadrların hazırlığı, müxtəlif problemlərin həlli istiqamətində proqramların yaradılması, müvafiq dərsliklərin hazırlanması sahəsində əməkdaşlıq səylərinin birləşdirilməsi çox vacibdir.

Rəhbərlik etdiyi universitetlə bağlı məlumat verən V.Xarçenko bildirmişdir ki, təhsil müəssisəsində 50 min tələbə oxuyur. Burada 14 ixtisas üzrə təhsil alan tələbələr üçün bütün fənlər ingilis dilində tədris olunur. Onun fikrincə, Azərbaycanın Ukraynanın müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarının uyğunlaşdırılması, eləcə tələbə mübadiləsi hər iki ali məktəb üçün faydalı olacaqdır.

Vladimir Xarçenko demişdir ki, 2011-ci il aprelin 7-8-də Kiyevdə keçiriləcək beynəlxalq tələbə konfransına Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev dəvət olunmuşdur. Aprelin 21-də isə ənənəvi olaraq sayca 10-cu "Avia-2011" konfransı keçiriləcəkdir. Həmin konfransı akademiya ilə birgə keçirmək niyyətindəyik. 2012-ci ilin sentyabrında isə 50 ölkənin iştirak edəcəyi "XXI əsrin aviasiyası" mövzusunda 5-ci dünya konqresi öz işinə başlayacaqdır. Burada aviasiyanın inkişaf perspektivləri, dünya səviyyəli problemləri, uçuşların vətəndaşların fiziki təhlükəsizliyi, pilotsuz təyyarələrin yaradılması terrorizmlə mübarizə kimi qlobal məsələlər müzakirə olunacaqdır.

Ötən müddət ərzində paytaxtımızın xeyli gözəlləşdiyini məmnunluqla qeyd edən ukraynalı qonaq müasir binaların, yolların, küçələrin Bakıya xüsusi yaraşıq verdiyini vurğulamış, xalqımızın qonaqpərvərliyinə bir daha heyran olduğunu söyləmişdir.

Görüşdə Azərbaycan Milli Aviasiya Akademiyasının prorektoru Ramiz Sadıqov da əməkdaşlıq məsələlərinə toxunmuş, Azərbaycan Ukrayna aviatorlarının dostluq əlaqələrinin ilbəil möhkəmləndiyini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycan Milli Aviasiya Akademiyasının ukraynalı müəllimləri həmkarları ilə mütəmadi olaraq görüşür təcrübə mübadiləsi aparırlar. Prorektor əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 5.