Mərkəzi Seçki Komissiyasında AŞ PA-nın
Monitorinq Komitəsinin
Azərbaycan üzrə
həmməruzəçiləri ilə görüş olmuşdur
Mərkəzi Seçki Komissiyasının
(MSK) sədri Məzahir
Pənahov ölkəmizdə
səfərdə olan
Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) Monitorinq Komitəsinin
Azərbaycan üzrə
həmməruzəçiləri Jozef Debono Qrex
və Pedro Aqramunt ilə görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə 2010-cu il
noyabrın 7-də Azərbaycan
Respublikasının Milli
Məclisinə keçirilmiş
seçkilər əsas
müzakirə mövzusu
olmuşdur.
M.Pənahov seçkilərin
hazırlanıb keçirilməsi
ilə bağlı seçki qurumlarının
həyata keçirdiyi
tədbirlər barədə
ətraflı məlumat
vermiş, seçicilərin
fəal seçki hüquqlarının reallaşdırılması
üçün bütün
şəraitin yaradıldığını
diqqətə çatdırmışdır.
Görüşdə həmçinin seçki
kampaniyası dövründə
namizədlərə yaradılmış
bərabər təşviqat
imkanları, şikayətlərə
və müraciətlərə
baxılması, namizədlərin
qeydiyyatı, seçki
günü ilə bağlı məsələlər
müzakirə edilmişdir.
MSK-nın beynəlxalq
təşkilatlarla əməkdaşlığı
və bunun sayəsində əldə
olunan nailiyyətlər
barədə də danışılmışdır.
Azərbaycan.- 2011.-3 fevral.- S. 5.