Azərbaycanın ən istedadlı gəncləri ötən ilin yekunlarına görə mükafatlandırılmışlar

 

Ötən ilin yekunlarına görə müxtəlif sahələrdə nailiyyətlər qazanmış Azərbaycanın yaradıcı istedadlı gəncləri fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə 2010-cu ildə beynəlxalq yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarış oyunlarda fərqlənənlərə "Gənclər mükafatı" təqdim olunmuşdur.

Tədbirdə çıxış edən gənclər idman naziri Azad Rəhimov demişdir ki, gənclər sahəsində görülən tədbirlərin həm kəmiyyəti, həm keyfiyyəti ilbəil artmaqdadır. Ümumiyyətlə, gənclərin Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsinə ötən ildə xüsusi diqqət yetirilmişdir. Nazir Azərbaycan dövlətinin ölkəmizin sabahını düşündüyünə görə bu gün gənclərə qayğı göstərdiyini söyləyərək, 2011-cu ildə bu sahədə daha çox layihələrin həyata keçiriləcəyinə yeni istedadların aşkar olunacağına əminliyini bildirmişdir.

Konsertlə müşayiət olunan mərasimdə 22 istedadlı gənc mükafatlandırılmışdır. Mükafatları gənclər idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov təhsil nazirinin müavini Elmar Qasımov təqdim etmişlər.

Tədbirdə dövlət hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər idmançılar iştirak etmişlər.

Gənclər İdman Nazirliyi tərəfindən təsis olunan "Gənclər mükafatı" hər il 2 fevral - Gənclər Günü münasibətilə elm, texnika, təhsil, mədəniyyət incəsənət sahəsində nailiyyətlər qazanmış, habelə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmiş yaradıcı gənclərə verilir.

 

Azərbaycan.- 2011.-3 fevral.- S. 5.