İçərişəhərdə "Qədim
şəhər gənc
fotoqrafların gözü
ilə" adlı fotosərgi açılmışdır
Fevralın 2-də İçərişəhərin
ərazisində yerləşən
Müasir İncəsənət
Mərkəzində Gənclər
Gününə həsr
olunmuş "Qədim
şəhər gənc
fotoqrafların gözü
ilə" adlı fotosərgi açılmışdır.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
rəisinin müavini Samir Nuriyev çıxış
edərək əlamətdar
bayram münasibətilə
gəncləri təbrik
etmiş, bu günün ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə dəyərli hədiyyəsi
olduğunu diqqətə
çatdırmışdır.
Təmsil etdiyi qurumun və Birləşmiş Rəssamlar Klubunun birgə təşkilatçılığı
ilə keçirilən
müsabiqənin məramı
haqqında söz açan S.Quliyev bildirmişdir ki, əsas məqsəd gəncləri yaradıcılıq
işlərinə həvəsləndirmək,
onlarda zəngin mədəni irsimizin
önəmli bir hissəsi olan İçərişəhərə marağın artırılmasıdır.
Sərgidə müsabiqəyə
təqdim olunmuş 25
ən yaxşı iş nümayiş etdirilmişdir. Bu əsərlər münsiflər
heyəti tərəfindən
200 işin arasından
seçilmişdir.
Sonda 5 ən yaxşı fotoşəklin
müəlliflərinə pul
mükafatı və fəxri fərmanlar təqdim olunmuşdur.
Azərbaycan.- 2011.-3 fevral.- S. 5.