Bank kartları bazarının inkişafında Azərbaycan Beynəlxalq Bankının əhəmiyyətli rolu

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) bank kartları biznesinə xüsusi önəm verir. Məlumdur ki, plastik kartlardan istifadə olunmaqla nağdsız hesablaşmaların inkişaf etdirilməsinin ümumiqtisadi əhəmiyyəti vardır bu, ABB-nin fəaliyyətinin öncül istiqamətlərindən biridir.

Qeyd edilməlidir ki, ABB 2010-cu il ərzində 223 mindən çox kart buraxmış bu seqment üzrə ölkə bazarında artımı şərtləndirmişdir. Hazırda bankın müştərilərinə aid aktiv kartların sayı 1,8 milyon ədədə yaxındır ki, bu da ölkə kart bazarının 40 faizindən çoxunu təşkil edir. 2010-cu ildə bütün banklar üzrə kartlarla əməliyyatların sayı 46,4 milyon olduğu halda, təkcə ABB-nin kartları ilə 21 milyon əməliyyat aparılmışdır. Kart əməliyyatlarının dövriyyəsi əvvəlki ilə nisbətən 40 milyon manat artaraq 2,7 milyard manat təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankında kartların sayı 28 min ədəd, kartla əməliyyatların dövriyyəsi isə 71 milyon ABŞ dolları səviyyəsində olmuşdur.

VISA International MasterCard International beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvü American Express şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olan ABB plastik kartların buraxılması onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Bank əhaliyə American Express Green, American Express Gold , American Express Platinum, Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum, Visa Infiniti, Visa Business, Visa Gold Business, Visa Virtual, Cirrus Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum, World Signia, MasterCard Business, MasterCard Virtual bank kartları təklif edir. ABB yeniyetmələri unutmamış, xüsusi olaraq onlar üçün TeenCard adlanan plastik kartlar buraxmağa başlamışdır. Artıq yüzlərlə yeniyetmə bu kartları əldə etməklə müstəqil olaraq bank əməliyyatlarına qoşulmuşlar.

Özünün prosessinq şirkətinin olması banka plastik kart sahiblərinə xidmətin keyfiyyətini yüksəltməyə günün tələblərindən irəli gələn yeni məhsullar yaratmağa imkan verir.

Azərbaycan Beynəlxalq Bankının bankomatlar şəbəkəsi respublikanın 50-dən artıq şəhərini, o cümlədən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir s. əhatə edir. Bu şəbəkə 605 bankomatdan ibarətdir. Bakı şəhəri ərazisində vəsaitin nağdlaşdırılmasından başqa bütün kart əməliyyatlarını yerinə yetirən 65 "Məlumat köşkü" adlanan müasir tipli cihazlar müştərilərin ixtiyarındadır.

ABB ekvayrinq şəbəkəsini inkişaf etdirir: Hazırda 2500-dən artıq ticarət xidmət məntəqəsi bank kartları ilə xidmətə cəlb edilmiş, iri mağazalarda, tanınmış butiklərdə, restoranlarda, hotellərdə başqa obyektlərdə kartlardan istifadə üçün şərait yaradılmışdır.

İnternet sistemində alış-veriş üçün nəzərdə tutulan kartlar da müştərilər arasında populyardır. Plastik kartlar vasitəsilə kommunal xidmətlərin, mobil stasionar telefon rabitəsi internet provayderlərinin xidmətlərinin haqlarının ödənilməsinə dair əməliyyatların intensiv şəkildə artdığı da qeyd olunmalıdır. Internet Banking i MobileBanking sistemlərinin istifadəçilərinin sayı da daima artmaqdadır.

ABB- korporativ kartlarla yanaşı "Əmək haqqı kartı" "Pensiya" "Sosial" kart layihələrinin tətbiqi aktualdır. Yüz minlərlə insan bu sistemin xidmətindən istifadə edir.

ABB xüsusi olaraq xanımlar üçün bir sıra faydalı xüsusiyyətlərə malik olan LadiesCard plastik kartlarını buraxır. Bu kartın sahibləri ABB tərəfindən xüsusi olaraq yaradılmış LadiesClub şəbəkəsinə qoşulmuş mağazalarda, butiklərdə, restoranlarda, gözəllik salonlarında s. yerlərdə mal xidmətlərə görə ödəniş edərkən 15%-dək təminatlı endirimdən faydalanırlar.

LadiesCard sahibləri ABB-nin bankomatları, Məlumat köşkləri İnternet Bankinqin köməyilə bir neçə saniyə ərzində istənilən valyutada istənilən məbləğdə pul vəsaitini KartTransfer xidməti üçün açıq olan istənilən plastik karta köçürə ya plastik kartlardan köçürməni qəbul edə bilərlər.

Müştərilərimizə xəbər veririk ki, bu günlərdə Bakıda, 28 May küçəsi, 20 ünvanında ABB-nin yeni özünəxidmət məntəqəsi fəaliyyətə başlayıb. Məntəqə cash-in tipli üç yeni bankomatla təchiz edilib ki, burada bankın müştəriləri bütün əməliyyatlardan faydalanmaqla bərabər, bankomata nağd vəsait daxil etməklə öz kart hesablarını artıra bilərlər. Bank 2011-ci ildə bu tipli bankomatların sayını ən azı 50-yə çatdırmağı onların funksionalını maksimum genişləndirməyi qarşısına məqsəd qoyub. Bankomatlardan başqa özünəxidmət məntəqəsi, həmçinin "Məlumat köşkü" ilə təchiz olunub. Hələlik məntəqə saat 8.00-dan 24.00-dək xidmət göstərir, perspektivdə isə onun fasiləsiz rejiminə keçməsi nəzərdə tutulub. Müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə burada izləmə kameraları quraşdırılmış məntəqə polis əməkdaşları tərəfindən mühafizə olunur.

Özünəxidmət məntəqələri "Park Bulvar" ticarət-əyləncə mərkəzində Fəvvarələr meydanında artıq uzun müddətdir ki, müştərilərin xidmətindədir.

 

Azərbaycan.- 2011.- 3 fevral.- S.  7.