Səfir Mətyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin dinc ədalətli həlli yollarının axtarılması prioritet məsələ olacaqdır

 

"Dağlıq Qarabağ münaqişəsinin dinc ədalətli həlli yollarının axtarılması səfir kimi mənim üçün prioritet məsələ olacaqdır".

Səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Mətyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə belə demişdir. Diplomat qeyd etmişdir ki, Azərbaycan ABŞ arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacaqdır.

ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata əsasən, tədbirdə palatanın əməkdaşları, səfir Brayza onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak etmişlər.

ABŞ-ın Azərbaycandakı yeni səfirinin andiçmə mərasimi ötən həftə Dövlət Departamentində keçirilmişdir. Obama hakimiyyətinin ölkəmizlə münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirərək andiçmə mərasimində dövlət katibi Hillari Klinton şəxsən iştirak etmişdir.

Xatırladaq ki, ötən ilin mayında Mətyu Brayzanın Bakıya səfir namizədliyini irəli sürən Prezident Barak Obama Senatın qərarını gözləmədən bir ay əvvəl "tətil təyinatı" səlahiyyətindən istifadə edərək onu vəzifəsinə təsdiqləmişdir.

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2011.- 3 fevral.- S. 7.