Davos Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha təsdiq etdi

 

Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi.

Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Bu il yanvarın son günlərində Dünya İqtisadi Forumunun sayca 41-ci illik toplantısı keçirildi. 100-dən artıq ölkədən 2500-dən çox nümayəndənin, o cümlədən dövlət hökumət başçıları, eləcə tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların KİV-lərin rəhbərlərinin iştirak etdiyi toplantıda müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.

Budəfəki forumda deviz "Yeni reallıq üçün ümumi normalar" idi. Bu deviz altında aparılan müzakirələr əsasən yeni reallığa cavab, iqtisadi perspektivlər hərtərəfli inkişaf siyasətinin müəyyənləşdirilməsi, "Böyük 20"liyin gündəliyinin dəstəklənməsi, qlobal risklərdən qorunma şəbəkəsinin yaradılması kimi məsələləri əhatə etdi.

Bütün sahələr üzrə dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycan həm dünyanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan regionda əsas söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının nüfuzlu KİV-lərin diqqət mərkəzində olur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar. Ən əsası beynəlxalq iqtisadi əməkdaşlıqda yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərirlər. Budəfəki forumun da yekunları təsdiqləyir ki, respublikamızın dünyada artan nüfuzu etibarlı tərəfdaş olması iqtisadi güclər, böyük şirkətlər tərəfindən qəbul olunur dövlət başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir.

Məsələn, Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Avstriya-İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının birgə nahar mərasimində Azərbaycana maraq daha çox hiss edilirdi. Bu da ilk növbədə, son illərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyətinə, Azərbaycanın malik olduğu potensiala söykənir. Dünyanın məşhur siyasət biznes dairələrinin nümayəndələrinin bir araya gəlmələri fikir mübadiləsi aparmaları baxımından xüsusi əhəmiyyətə malik olan nahar mərasimində Prezident İlham Əliyevin çıxışı maraqla dinlənilib. Mərasimdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji nəqliyyat layihələri, ölkəmizin iqtisadi nailiyyətləri, sosial problemlərin aradan qaldırılması, Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramında iştirakı, karbohidrogen ehtiyatların hasilatı ixracı ilə bağlı Prezident İlham Əliyev deyib: "Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. Keçdiyimiz yol asan olmayıb. Bu dövr ərzində, xüsusən müstəqilliyin ilk illərində bir çox çətinliklərlə üzləşmişik. İqtisadi, siyasi, hərbi böhran baş verirdi. Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsi işğal edildi. Lakin biz səylərimizi səfərbər edə bildik müstəqillik fürsətini əldən qaçırmadıq. İqtisadi siyasi nöqteyi-nəzərdən bu gün Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir".

Davos Forumunun "Avropanın enerji gələcəyi" mövzusunda keçirilən sessiyasında Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, "Cənub dəhlizi" çərçivəsində nəzərdə tutulan layihələrin perspektivləri digər məsələlər barədə ətraflı məlumat verib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Davosa işgüzar səfəri bu dəfə səmərəli məhsuldar keçib. Bunu cənab Prezidentin keçirdiyi görüşlər təsdiq edir. Belə ki, forum çərçivəsində Prezident İlham Əliyevlə İsveçrə Prezidenti Mişelin Kalmi Rey, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, Ukrayna Prezidenti Viktor Yanukoviç, Avstriyanın Avropa beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer, Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu arasında keçirilən görüşlər bu qəbildəndir. Həmin görüşlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşündən sonra iki ölkə arasında Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər barədə saziş Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ümumiyyətlə Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın iqtisadi nailiyyətlərinin dünyanın işgüzar dairələrinin diqqət mərkəzində olmasından xəbər verir. Belə ki, "SK Group" şirkətlər qrupunun sədri Çey Tae-von, "Statoil ASA" şirkətinin prezidenti baş icraçı direktoru Helge Lund, "TeliaSonera Eurasia" şirkətinin prezidenti Tero Kivisaari, "Edison" şirkətinin baş icraçı direktoru Umberto Kuadrino, "Huawei Technologies" Korporasiyasının sədri Sun Yafanq, Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov, TOTAL şirkətinin sədri baş icraçı direktoru Kristof De Marjeri, bp şirkətinin Direktorlar Şurasının sədri qeyri-icraçı direktoru Karl-Henrik Svanberq, "Microsoft" Korporasiyasının vitse-prezidenti "Microsoft İnternational" şirkətinin prezidenti Jan-Filip Kurtuanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri dünyanın böyük aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini təsdiqləyir.

Beləliklə, son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Beynəlxalq ictimaiyyət Azərbaycanın dünyanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına bir daha əmin oldu. Bu isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması qüdrətlənməsi dünyanın aparıcı siyasi iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2011.- 4 fevral.- S. 1.