Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
zati-aliləri cənab Mahinda Racapaksaya
Hörmətli cənab
Prezident!
Milli bayramınız -
Müstəqillik günü münasibətilə Sizə
və bütün xalqınıza ən səmimi
təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan
ilə Şri-Lanka arasında yaranmış dostluq
münasibətlərinin inkişafı
əməkdaşlığımızın
genişləndirilməsi üçün yeni imkanlar
açacaqdır.
Bu xoş gündə
Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına
sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 yanvar 2011-ci il
Azərbaycan.- 2011.-4 fevral.- S. 1.