Ölkəmiz Avropa ideallarına sadiqliyini real addımlarla nümayiş etdirir
Fevralın
3-də Milli Məclisin
Sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının təşkilata
üzv dövlətlər
tərəfindən öhdəliklərin
yerinə yetirilməsi
üzrə Komitəsinin
(Monitorinq Komitəsi) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı
və Cozef Debono Qrexi qəbul
etmişdir.
Qonaqları salamlayan Oqtay Əsədov qeyd etdi ki,
ölkəmiz Avropa Şurası və onun Parlament Assambleyası ilə əməkdaşlığın inkişafına böyük
önəm verir. Biz Azərbaycanda demokratik təsisatların
inkişafında və
demokratik proseslərin
dərinləşməsində AŞ PA-nın rolunu əhəmiyyətli hesab edirik.
Söhbət
zamanı Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu
il ölkəmiz Avropa Şurasına üzv olmasının 10 illiyini qeyd edir.
Ötən dövrdə
Azərbaycan Avropa ideallarına sadiqliyini real addımlarla nümayiş etdirmişdir.
İndiyədək ölkəmiz
Avropa Şurasının
49 sənədinə qoşulmuş və onları milli qanunvericilik sisteminə daxil etmişdir. Azərbaycan təşkilat
qarşısında götürdüyü
öhdəliklərə həmişə
hörmətlə yanaşmış
və onları sistemli şəkildə həyata keçirmişdir.
Bu öhdəliklərin
böyük əksəriyyəti
artıq yerinə yetirilmişdir.
Oqtay Əsədov bildirdi ki, Azərbaycan gələcəkdə də
təşkilatın müvafiq
qurumları ilə əlaqələrini davam etdirmək niyyətindədir.
İnanırıq ki,
AŞ PA-nın Monitorinq
Komitəsinin həmməruzəçilərinin
ölkəmizə budəfəki
səfəri Azərbaycan
haqqında ədalətli
və qərəzsiz fikrin formalaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Səmimi qəbul üçün minnətdarlığını
bildirən Pedro Aqramunt Font de
Mora nümayəndə
heyətinin üzvləri
barədə Milli Məclis Sədrinə məlumat verdi. Qeyd edildi ki,
Azərbaycana səfərin
məqsədi ölkədəki
ictimai-siyasi vəziyyəti
yerində öyrənmək,
ölkəmiz haqqında
obyektiv informasiya almaq üçün maraqlı tərəflərlə
fikir mübadiləsi aparmaqdır.
Qonaq Azərbaycandakı inkişafı yüksək
qiymətləndirərək təmsil etdiyi təşkilatın ölkəmizdə
demokratik təsisatların
daha da möhkəmlənməsi
işinə dəstək
vermək niyyətində
olduğunu vurğuladı.
Görüşdə ölkəmizdə demokratik proseslərin daha da dərinləşməsi,
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli
həlli və tərəfləri maraqlandıran
digər məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparıldı, qonaqları
maraqlandıran suallara
cavablar verildi.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin
AŞ PA-dakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov iştirak edirdilər.
Azərbaycan.- 2011.- 4 fevral.- S. 1.