İdxal-ixracın strukturunda ərzaq məhsulları xüsusi yer tutur
Ticarət əlaqələrinin
genişlənməsi onların
rəqabət qabiliyyətini
yüksəldir
İndi Azərbaycanın onlarca yaxın-uzaq ölkədə ticarət
tərəfdaşları var.
Təkcə keçən
il Azərbaycan dünyanın 147 ölkəsi
ilə idxal-ixrac əməliyyatları aparıb.
Ticarət əlaqələri
zamanı xarici ölkələrə göndərilən
və onlardan alınan məhsullar çox və müxtəlifdir. İdxal-ixracda
özünə daimi yer tutan məhsullardan
biri də ərzaqdır. Biz daim xaricdən ərzaq malları alırıq, eləcə
də ölkədən
kənara öz qida məhsullarımızı
göndəririk. Məsələn,
keçən ilin 11 ayı ərzində Azərbaycana idxal olunan malların 18,9 faizini ərzaq məhsulları təşkil
edib. Xatırladaq ki, 2008-ci və 2009-cu illərin müvafiq dövrlərində bu rəqəm 15,7 faiz olub.
2009-cu ilin yanvar-noyabr
ayları ilə müqayisədə ərzaq
məhsullarının idxalı
10,5 faiz artıb. 11 ayda ölkəyə gətirilən quş ətinin, süd və qaymağın, kərə yağının,
çayın, buğdanın,
bitkidən hazırlanan
piy və yağların, şəkərin,
meyvə və tərəvəz konservlərinin həcmi artıb. Mal ətinin, qarğıdalının,
düyünün, şokolad
məmulatının, meyvə
və tərəvəz
şirələrinin, arağın
idxalı isə azalıb.
2009-cu ilin müvafiq dövrünə nisbətən
ölkədən ixrac
edilən ərzaq məhsullarının da həcmi artıb. Artım 11,6 faiz təşkil edib. Qeyd edək ki, keçən ilin yanvar-noyabr aylarında Azərbaycanın
ümumi ixracının
2,7 faizi ərzaq məhsullarından ibarət
olub. 2008-ci ildə həmin rəqəm 1 faiz, 2009-cu ildə isə 3,5 faiz təşkil edib.
Keçən il ixracın
strukturundakı məhsullardan
kartofun, təzə tərəvəz və meyvənin, eləcə də onlardan hazırlanmış şirələrin
göndərilməsi nisbətən
azalıb. İxrac olunan məhsullar sırasında çayın,
bitkidən hazırlanan
piy və yağların, marqarinin, şəkərin, meyvə
və tərəvəz konservlərinin
həcmi isə artıb.
Ərzaq məhsullarının
idxal-ixrac cədvəlinə
nəzər yetirdikdə
maraqlı bir fakt ortaya çıxır.
Bir sıra məhsul növləri var ki, biz
onları həm idxal, həm də ixrac edirik.
Məsələn, kartofu.
Bir çox alıcılar bazarda Rusiyadan, Türkiyədən,
İrandan gətirilmiş
kartofa rast gələndə istər-istəməz
düşünürlər: "Öz kartofumuza nə gəlib ki? İndi Azərbaycanın
az qala hər
bölgəsində kartof
əkilib becərilir".
Eləcə də Azərbaycandan xaricə alma, yaxud narıngi
göndərildiyini eşidəndə
təəccüblənməmək olmur. Axı onların özləri də bizə belə məhsullar göndərirlər.
Lakin təəccüblənməyə
dəyməz. Çünki
bütün bunlar xarici ticarət əlaqələrində qanunauyğun
hesab olunur. Biz eyni malları
həm alır, həm də satırıq. Məsələn,
Azərbaycan bir çox çaybecərən
ölkələrdən çay
idxal edir. Bu o demək
deyil ki, dünyanın başqa yerlərində yaşayanlar
Azərbaycan çayının
dadına baxmamalıdırlar...
Elə çaydan söz düşmüşkən,
keçən ilin 11 ayında Azərbaycan 6,6 min ton çay
ixrac edib. İdxal edilərək digər ölkələrdən
gətirilən çayın
həcmi isə 7,2 min ton olub.
Xarici ticarət əlaqələrinin verdiyi
bu imkan nəticəsində qida məhsullarının keyfiyyətinin
yüksəldilməsi, bazarda
onların rəqabət
qabiliyyətinin artması
üçün də
geniş şərait
yaranır.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ölkələr arasında
ərzaq məhsullarının
alışı və
satışı haqqında
maraqlı fakt və rəqəmlər göstərdi. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan
26,3 min ton kartof idxal edib.
Həmin məhsulun ixracı isə bundan ikiqat-üçqat çox olub - 61,4 min ton.
Bu dövrdə Azərbaycan öz xarici partnyorlarından 64 min ton təzə
tərəvəz alıb
və onlara 53 min ton təzə
tərəvəz göndərib.
Ölkəyə gətirilən
təzə meyvənin
həcmi 78,7 min ton olub. Xaricə
isə barlı-bərəkətli
Azərbaycan bağlarında
bitən 153,2 min ton təzə meyvə yola salınıb.
Ölkəmizin xarici ticarət əlaqələri
ildən-ilə genişlənir.
Hazırda ən çox İtaliya, Fransa, Rusiya, İsrail, ABŞ, Ukrayna, Türkiyə, Çin kimi iri dövlətlərlə
ticarət əməkdaşlığı
qurulub. Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi
27,9 milyard dollar olub. Saldo yenə
də müsbət olaraq qalır.
F.SADIQLI,
Azərbaycan.- 2011.-4 fevral.- S. 1.