"Ekologiya İli" çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac kol bitkisi əkilmişdir

 

"Ekologiya İli" çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac kol bitkisi əkilmişdir. Ekologiya Təbii Sərvətlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu fakt nazirlikdə keçirilmiş kollegiya iclasında diqqətə çatdırılmışdır. İclasda "Ekologiya ilində" görülmüş işlər qarşıda duran vəzifələr, o cümlədən ətraf mühitin mühafizəsi, meşələrin inkişafı bioloji müxtəlifliyin qorunması xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentlərinin onların tabeli qurumlarının 2010-cu il üzrə fəaliyyətlərinin yekunları müzakirə edilmişdir.

Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevin ekologiya məsələlərini daim diqqət mərkəzində saxladığını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verdiyini, bu sahədə iri layihələrin uğurla həyata keçirildiyini bildirmişdir.

İclasda dövlət başçısının Bakı onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığı qeyd olunmuşdur. Bildirilmişdir ki, "Ekologiya İli" çərçivəsində həyata keçirilən ağacəkmə kampaniyasında dövlət, özəl sektor əhalinin fəal iştirakı nəticəsində təkcə Bakıda Abşeron yarımadasında 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac kol bitkisi əkilmişdir.

Kollegiya iclasında yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi s. sahələrdə görülmüş tədbirlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədi ilə tender keçirilmiş qalib şirkət müəyyənləşdirilmişdir. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ildə hüquqi, fiziki şəxslər vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt 844 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən, 863 icrası məcburi olan göstəriş verilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 göndərilmişdir.

Bundan əlavə, ötən il ərzində meşələrin artırılması məqsədi ilə 10696 hektar sahədə meşəbərpa tədbirlərinin, o cümlədən 3521 hektarda meşə əkini səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi ilə bağlı 32328 hektarda xidmət, 31944 hektarda isə suvarma işlərinin aparıldığı, müxtəlif ağac kol cinslərindən 159452 kiloqram toxum müəssisələr üzrə 38681 kubmetr həcmində oduncaq tədarük edildiyi vurğulanmışdır. Ötən il ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktiki qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməmişdir.

2010-cu ilin sentyabr-oktyabrında Ekologiya Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən, meşə mühafizəsi bərpası müəssisələrində kompleks yoxlamalar aparılmışdır. Qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdlərinin köçürüldüyü, 2010-cu ilin yayında Ağgöl Milli Parkında onların təbii artımının müşahidə olunduğu bildirilmişdir.

İclasda 2010-cu ildə ətraf mühitin mühafizəsi sahəsində qazanılan nailiyyətlərlə bərabər, bir sıra nöqsan çatışmazlıqların olduğu da diqqətə çatdırılmış, onların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir. Bir sıra ərazi ekologiya təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi bərpası müəssisələrinin milli parkların rəhbərləri tutduqları vəzifələrdən azad olunmuş, bir neçə rəhbər işçiyə töhmət verilmiş, xəbərdarlıq edilmiş, onların vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılmışdır.

Abşeron yarımadasında neft məhsulları digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması alternativ enerji mənbələrindən istifadə növbəti illər üçün prioritet hədəf kimi götürülmüşdür.

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 2.