PA-nın Monitorinq Komitəsinin nümayəndə heyəti Sumqayıtda olmuşdur

 

Ölkəmizdə səfərdə olanPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora (İspaniya), Cozef Debono Qrex (Malta) Monitorinq Komitəsinin katibi Aqnieşka Naçilio Sumqayıt şəhərində olmuşlar.

Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqlara ölkənin ikinci sənaye şəhərinin tarixi barədə qısa məlumat vermiş, burada neft-kimya, metallurgiya, maşınqayırma, yüngül yeyinti sənayesi müəssisələrinin fəaliyyət göstərdiyini bildirmişdir. Gənclər şəhəri Sumqayıtın Avropanın inkişaf etmiş şəhərləri ilə yaratdığı dostluq münasibətlərini vurğulayan V.Əliyev belə ənənələrin bundan sonra da davam etdiriləcəyini qonaqların nəzərinə çatdırmışdır. Şəhərdə kiçik orta sahibkarlıq üçün əlverişli şərait yaradıldığını deyən şəhər rəhbəri yalnız son 7 ildə burada 44 mindən çox yeni yeri açıldığını qeyd etmişdir.

Görüşdə həmçinin ictimai-siyasi əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunmuşdur.

Sonra AŞ PA həmməruzəçiləri Sumqayıt bələdiyyəsinin nümayəndələri şəhərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşmüşlər.

 

Akif ƏLİYEV,

 

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 2.